Xəbər
verdiyimiz kimi bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
Səfər çərçivəsində iki ölkə lideri zəlzələdən sonra Kahramanmaraşda salınan “Azərbaycan
Məhəlləsi”nin açılışında iştirak edəcəklər.
Artıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kahramanmaraşda açılışı olacaq
“Azərbaycan Məhəlləsi” ilə bağlı “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Bu gün zəlzələ bölgəsində can Azərbaycanın dəstəyi ilə vətəndaşlarımıza
“Azərbaycan Məhəlləsində” 49 056 iş yeri və yaşayış yeri təhvil veririk. Beləliklə, təhvil verdiyimiz yaşayış yerlərinin ümumi sayını 250
minə çatdırırıq”.
Təbii
ki, Azərbaycanın atdığı addım təqdirəlayiq hadisədir. Amma başqa cür də ola
bilməz. Çünki iki qardaş ölkə hər zaman bir olub, bütün problemləri birgə
çözüb, sevincləri birgə paylaşıb. Və bu mənada Türkiyədə zəlzələ baş verərkən
ilk dəstək Azərbaycandan gəldi.
Xilasetmə
işlərində və zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan böyük əmək
sərf elədi. Bunun ardınca Azərbaycan dövləti bəyan etdi ki, Kahramanmaraşda ən
müasir infrastruktura malik “Azərbaycan Məhəlləsi” inşa edəcək.
Gün
o gündür. Verilən vəd uğurla başa çatıb. Və bütün Türk dünyası bu təntənəyə
şahidlik etməyə hazırlaşır.
Mövzu
ilə bağlı News365.az-a danışan Millət vəkili Rasim Musabəyov
deyir ki, Türkiyədə zəlzələ baş verərkən ilk və ən böyük tərkiblə yardıma gələn
Azərbaycan oldu:
“Sonrakı
bərpa işlərində də Türkiyəyə köməklik edən dövlətlər arasında öndə gedən Azərbaycan
oldu. Və Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” inşa edildi.Bu mənada bu məhəllənin
açılışında Azərbaycan Prezidentinin iştirakı bir zərurətdir.Söhbət ondan getmir
ki, Azərbaycanla Türkiyə çətin və xoş gündə çiyin-çiyinə durur. Hansı ki, “bir
millət, iki dövlət” ayrı cür də ola bilməz”.
Müsahibimiz
onu da qeyd edib ki, bu görüşdə Azərbaycan və Türkiyə liderləri son zamanlar
dünyada və bölgədə baş verən hadisələri də ciddi şəkildə müzakirə edəcəklər:
“Məlumdur
ki, bölgəmizdə olduqca təhlükəli bir vəziyyət yaranıb. Əminəm ki, liderlər bu məsələlərə
xüsusi diqqət yetirəcəklər.Hesab edirəm ki, Azərbaycan və Türkiyə indiki vəziyyətdə
stabillə.dirici faktor kimi çıxış edərək bölgədəki vəziyyətə öz təsirlərini
göstərəcəklər”.
Nəzərə
alaq ki, İsral-İran münaqişəsi pik həddə çatıb. Və bu münaqişə böyük müharibəyə
çevrilə bilər. Bundan isə bütün bölgə ölkələri kimi Azərbaycan və Türkiyə ciddi
zərər görə bilər.
Ona
görə də Azərbaycan və Türkiyə lideri çalışır ki, münaqişə tezliklə sonlansın və
bölgəyə davamlı sülh gəlsin.
Məlumdur
ki, həm Türkiyənin, həm də Azərbaycanın bölgədə kifayət qədər nüfuzu var. Və bu
faktor imkan verir ki, İsral-İran münaqişəsində iki qardaş ölkə öz sözünü
desin.
News365.az