Azərbaycanın alternativ enerji sahəsində əməkdaşlıqları getdikcə genişlənir. Bəzi Ərəbistanın “ACWA Power” şirkətinin Azərbaycana külək enerjisi üzrə investisiya yatırması ölkəmizin regiondakı etibarlı mövqeyini gücləndirir və enerji sahəsində strateji əhəmiyyətini artırır.
Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Bəzi Ərəbistanlı şirkətlər arasında əldə olunan razılaşmalar ölkəmizin dünya enerji bazarındakı mövqeyini yüksəldir.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə alternativ enerji sahəsində atılan addımlar ölkəyə həm iqtisadi, həm də siyasi üstünlüklər qazandırır:
“Bugün Azərbaycan yalnız ənənəvi enerji məhsulları ilə deyil, həm də alternativ enerji mənbələri ilə tanınan bir ölkə kimi çıxış edir. Bu, Azərbaycanın qlobal vizionunu və strateji baxışını göstərir.”
İsmayılov əlavə edib ki, Azərbaycan təkcə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə deyil, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə də bu sahədə əməkdaşlıq edir. Avropa ölkələri də Azərbaycanın həm ənənəvi, həm də alternativ enerji məhsullarına böyük maraq göstərir.