Gürcüstan Ermənistanla sərhəddə yollardan birini yük maşınları üçün müvəqqəti olaraq bağlayıb.
News365.az xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat verib.
“Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - açıqlamada bildirilir.
Qərarın səbəbi çətin meteoroloji şəraitlə əlaqələndirilib.
Xatırladaq ki, bu səhər tezdən Lars şəhərinə giriş bütün nəqliyyat növləri üçün bağlanıb./Teleqraf