Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb
14:53

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.

News365.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır.

İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.



Sizin reklam burada
Sizin reklam burada