Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.
News365.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
“Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınları nəticəsində baş verən faciəvi insan itkisi və çoxsaylı xəsarətlərdən dərin kədər hissi keçiririk.
Yaxınlarını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralılara tez və tam sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.
Efiopiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 80-i keçib, ölkədə 3 günlük matəm elan edilib.