İsrail bunu rədd etdi

İsrail bunu rədd etdi
18:40

İsrail Ukraynanın “oğurlanmış taxıl”la bağlı ittihamlarına cavab verərək sübut tələb edib. 

News365.az  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar açıqlama verib.

Nazir bildirib ki, Ukraynanın iddiaları əsassızdır və rəsmi Təl-Əviv bu cür ittihamları qəbul etmir:

“Daha əvvəl də dediyim kimi, biz "Twitter diplomatiyası"nı rədd edirik və onun təsiri altına düşməyəcəyik. Ukraynalı dostlarımıza yenidən deyirik: əgər hər hansı oğurluq (taxıl) ilə bağlı sübutlarınız varsa, onları müvafiq kanallar vasitəsilə təqdim edin”.

O, əlavə edib ki, bu cür bəyanatları Ukrayna kimi dəstək göstərilən bir ölkədən eşitmək təəccüb doğurur: “Biz onları beynəlxalq platformalarda dəstəkləmişik, müxtəlif yollarla yardım etmişik, o cümlədən genişmiqyaslı humanitar dəstək göstərmişik. Son olaraq ötən qış elektrik generatorları təqdim olunmuşdu. Amma görünür, həyat belədir”


Sizin reklam burada
Sizin reklam burada