Ukraynada hərbi vəziyyət rejimi 90 gün uzadıldı

Ukraynada hərbi vəziyyət rejimi 90 gün uzadıldı
15:35

Ukrayna Ali Radası (parlamenti) hərbi vəziyyətin qüvvədə olma müddətini 90 gün uzadıb.

Bu barədə News365.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddəti 2026-cı il mayın 4-ü saat 05:30-dan etibarən 90 sutka uzadılır.

Xatırladaq ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin qüvvədə qalma müddətinin uzadılması haqqında qanun layihəsini Ali Radaya təqdim edib.


Sizin reklam burada
Sizin reklam burada