Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın paytaxtı Kiyevə PUA-larla zərbələr endirib.
News365.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
O bildirib ki, dronların qalıqları şəhərin bəzi ərazilərinə düşüb. İki nəfər yaralanıb.
Dronlardan birinin qalıqları Şevçenkivski rayonunda binanın damına düşüb, nəticədə yanğın baş verib. Həmçinin vurulan bir PUA-nın hissələri Solomyanski rayonundakı qəbiristanlığın ərazisinə də düşüb.