Aygün Kazımovanın səhhəti ilə bağlı problemlər son günlər gündəmə gəlib

Aygün Kazımovanın səhhəti ilə bağlı problemlər son günlər gündəmə gəlib
16:44

Xalq artisti Aygün Kazımova səhhətində yaranan problemlərlə bağlı son günlər diqqət mərkəzinə düşüb.

News365.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl sosial şəbəkə hesabında xəstə olduğunu açıqlayıb. Bu səbəbdən müğənni son 10 gün ərzində planlaşdırılan konsert və toy tədbirlərini təxirə salıb.

Məlumata görə, sənətçinin vəziyyəti elə olub ki, əvvəlcədən anons etdiyi tədbirlərdə, o cümlədən Bakı marafonu çərçivəsində səhnəyə çıxışı da baş tutmayıb.

Qeyd edək ki, Xalq artistinin səhhəti ilə bağlı hələlik əlavə rəsmi məlumat verilməyib. Bu isə sosial şəbəkələrdə onun pərəstişkarları arasında müxtəlif sualların yaranmasına səbəb olub. İzləyicilər sənətçinin harada olduğu, hansı müalicəni aldığı və hansı xəstəlikdən əziyyət çəkdiyi ilə maraqlanırlar.


Sizin reklam burada
Sizin reklam burada