Jurnalist Elçin Bayramlı Bakının hazırkı vəziyyəti ilə bağlı maraqlı fikir səsləndirib. O bildirib ki, hazırda şəhərdə sıxlıq, tıxac və nəqliyyatda basabas müşahidə olunmur. Bu vəziyyəti normal hesab edən jurnalist, əslində Bakının həmişə belə olmalı olduğunu vurğulayıb.
Lakin o, son illərdə ölkə əhalisinin böyük bir hissəsinin paytaxta köç etdiyini və bunun şəhərin həddindən artıq yüklənməsinə səbəb olduğunu qeyd edib.
News365.az xəbər verir ki, onun fikrincə, regionlar yalnız bayramlarda Bakıda yaşayan insanların istirahət üçün getdikləri məkanlara çevrilib.
“Şəhərdə sakitlik, rahatlıq var, sıxlıq yox, tıxac yox, nəqliyyatda basabas yox... Normalda Bakıda vəziyyət belə olmalıdır. Hazırda isə ölkə əhalisinin yarıdan çoxu paytaxtda yaşayır. Regionlar yalnız Bakıda yaşayan ölkə əhalisinin bayramlarda istirahətə getməsi üçün fəaliyyət göstərir. Paytaxtdan ibarət ölkəyə çevrilirik. Axırda adımızı Bakı Respublikası qoyacaqlar.” – deyə Elçin Bayramlı ironiya ilə vəziyyəti dəyərləndirib.