Sakinlər evdə ola-ola dağıdılan evlə bağlı Şirkətdən AÇIQLAMA VAR + YENİLƏNDİ

Sakinlər evdə ola-ola dağıdılan evlə bağlı Şirkətdən AÇIQLAMA VAR + YENİLƏNDİ
27 Mar 2025 15:39

Paytaxtın Yasamal rayonu Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb. 

News365.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.  Ərazidə tikintinin "Melissa Group" tərəfindən aparıldığı bildirilir.  Hadisənin detalları hələlik məlum deyil. 

Əraziyə FHN xilasediciləri və təcili tibbi yardım personalı cəlb olunub.  Məsələ ilə bağlı "Melissa Group"dan verilən açıqlamada hadisənin araşdırıdığı bildirilib: 

"Məsələ aidiyyəti bölməyə bildirilib. Hazırda araşdırma gedir. Tərəfimizdən geri dönüş olunacaq"- şirkətdən deyilib.

***

Bakının Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb. 

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb. 

Sözügedən sakinlər şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları üçün evi tərk etmirdilər.  Hadisə yerinə FHN xilasediciləri və təcili tibbi yardım personalı cəlb olunub.


Sizin reklam burada
Sizin reklam burada