Yaşayış olan evi dağıdan tikinti şirkətinin əməkdaşları SAXLANILDI - Cinayət işi açıldı

Yaşayış olan evi dağıdan tikinti şirkətinin əməkdaşları SAXLANILDI - Cinayət işi açıldı
27 Mar 2025 15:52

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb. 

DİN-in Mətbuat Xidmətindən News365.az-a bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: 

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işlərinin aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb


Sizin reklam burada
Sizin reklam burada