Avtobus dumanlı havada qəzaya düşdü - VİDEO

Avtobus dumanlı havada qəzaya düşdü - VİDEO
09:44

Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.

News365.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada