2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib.
News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin plenar iclasında vidoeçıxışı zamanı Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyini açıqlayarkən deyib.
Avropa institutlarının, xüsusən də AŞPA və Avropa Parlamentinin Azərbaycanla bağlı sərgilədiyi mövqeyi bölüşməyən və bundan təəssüf hissi keçirdiyini, onların fəaliyyətini tənqid edən Prezident İlham Əliyev bildirib ki, bunlar ikili standartlardır. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin dəyəri ilə eynidir. İkili standartlar qəbuledilməzdir", - deyə Prezident bildirib.
Avropa Parlamentinə gəldikdə isə, Azərbaycan lideri bildirib ki, bu qurum 2021-ci ilin may ayından 30 aprel 2026-cı il tarixinə qədər Azərbaycana qarşı 14 qətnamə qəbul edib və onlar şər, böhtandır və təhqirdir.
Prezidentin sözlərinə görə, Avropa Parlamenti antisemitizm və ksenofobiya kimi vacib məsələləri həll etmək əvəzinə, Azərbaycan haqqında yalan danışır və böhtan atır. “Çünki Azərbaycan ərazi bütövlüyünü müdafiə edir və separatizmə son qoyur, müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edir", - Prezident qeyd edib.