ABŞ-da bir ata və qız illərlə məşhur əsərləri saxtalaşdıraraq satdıqlarını etiraf edib.
News365.az xəbər verir ki, Polşa vətəndaşı olan bu şəxslər saxta rəsmləri Polşadakı bir rəssama sifariş verərək hazırladıblar.
Məlum olub ki, ata-bala Andy Warhol, Banksy, Pablo Picasso, Richard Mayhew və başqa məşhur rəssamların 200-dən çox əsərini saxtalaşdırıblar. Bu üsul ilə ümumilikdə 2 milyon dollardan çox qazanc əldə ediblər.
Məlumata görə, onların fırıldağının üstü möhürdəki səhvlik səbəbilə üzə çıxıb.