Müğənni Ayan Babakişiyeva xeyli çəki atması ilə diqqət çəkib.
News365.az xəbər verir ki, sənətçi sosial şəbəkə paylaşımında hazırda 48 kiloqram olduğunu açıqlayıb.
Ayan bildirib ki, artıq çəkidən sağlam qidalanma və düzgün həyat tərzi sayəsində xilas olub. Müğənninin son görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.
