Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.
News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı, o cümlədən təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.