Oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə Görüşü keçiriləcək. Sammit çərçivəsində təşkilata dövrü sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi nəzərdə tutulur.
News365.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycan -Türkiyə münasibətləri ilə bağlı açıqlamasında bildirib.
Bağçalı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin siyasi münasibətlərlə məhdudlaşmadığını vurğulayıb.
O qeyd edib ki, Ankara sammitindən sonra Türkiyənin üzərinə Türk dünyasının ortaq məqsədlərinin həyata keçirilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi və təşkilatın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm məsuliyyət düşəcək.
MHP sədri Türkiyənin TDT-yə sədrliyi dövründə Türk dünyasının birliyinə və yüksəlişinə töhfə verməsinin vacibliyini vurğulayıb.