Jurnalist Azər Rəşidoğlu Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirib. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin açıqlamasından məsələnin aqressiyasız və dialoq yolu ilə həllinə çağırış mesajı aldığını bildirib.
News365.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Azər Rəşidoğlu hesab edir ki, Allahşükür Paşazadə bu məsələ ilə bağlı ən yüksək səviyyədə müzakirələr aparılmasaydı, ümumiyyətlə, açıqlama verməzdi.
“Mötədil yanaşma qalib gələcək. İlk gündən demişəm – bu da keçəcək. Sadəcə, hər kəs hansı sırada olduğunu müəyyən etdi və bu da olmalı idi”, – deyə jurnalist qeyd edib.
O, hicab məsələsini bəhanə edərək Allaha inanan insanları təhqir edənlərə də münasibət bildirib və hər kəsin öz yolunu seçdiyini vurğulayıb.
Azər Rəşidoğlu paylaşımında məsələnin qarşıdurma deyil, mülayim yanaşma və dialoq yolu ilə həllinə üstünlük verilməsinin vacibliyinə diqqət çəkib.