Fazil Mustafa yeni kitabını nəşriyyata göndərdi: “Qalıcı iş kitabdır”

Fazil Mustafa yeni kitabını nəşriyyata göndərdi: “Qalıcı iş kitabdır”
09:45

Milli Məclisin deputatı Fazil Mustafa yeni kitab üzərində işləri başa çatdıraraq nəşriyyata göndərdiyini açıqlayıb.

Deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, kitabın cəhalətə, nadanlığa və tarix şüurundakı problemlərə qarşı maarifçilik mübarizəsinin bir hissəsi olduğunu vurğulayıb.

Fazil Mustafa bildirib ki, kitab cəmiyyətin maariflənməsində mühüm rol oynayır:

“Qalıcı iş kitabdır. Kiminsə onu yazmaq imkanı olmaya bilər, ancaq hər kəsin onu oxumaq imkanı var. Ağlınızı, imanınızı aydınladan tək vasitə kitabdır. İstər müqəddəs kitab olsun, istərsə də insan zəkasının məhsulu kitab olsun!”

Deputat qeyd edib ki, qaranlıq keçmişə və bu günə qarşı maarifçilik mübarizəsi aparan insanlara hörmətini ifadə etmək üçün yeni kitabını əldə edən kimi onlara şəxsən göndərəcək.

O, həmçinin XIX əsrdə xalqın aydın gələcəyinə ümid yaradan insanların irsinin yaşadılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə mübarizənin davam etdiriləcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada