Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi

Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
17:30

İqtisadiyyat Nazirliyində yeni vəzifəyə təyin olunduğunu açıqlayan Aygül Şahüseynzadə sonradan paylaşımını silib.

Aygül Şahüseynzadə sosial şəbəkə hesabında nazir müavininin köməkçisi vəzifəsinə təyin olunması barədə məlumat paylaşıb. Paylaşım qısa müddətdə diqqət çəkib, o, çoxsaylı təbrik mesajları alıb.

Lakin təyinatla bağlı xəbər saytlarında məlumat yayıldıqdan sonra Şahüseynzadə həmin paylaşımı silib. Olmayan təyinat barədə məlumatın niyə post olunması səbəbi isə məlum deyil.



***

İqtisadiyyat Nazirliyində yeni təyinat baş tutub.

Müvafiq əmrlə Aygül Şahüseynzadə nazir müavininin köməkçisi vəzifəsinə təyin olunub.

O, oktyabr ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, A.Şahüseynzadə bundan əvvəl müxtəlif təhsil və özəl müəssisələrdə, eləcə də bank sektorunda fəaliyyət göstərib.

Xatırladaq ki, iqtisadiyyat nazirinin 6 müavini vardır./Yurd.Media/


Sizin reklam burada
Sizin reklam burada