Biz uşaq olanda dövrün öz şərtləri, qayda-qanunları vardı. Hər ailənin də öz tərbiyə metodu. Hamı da bir-birini çox yaxşı tanıyırdı.
Kənd yeri idi axı. Kimi yaxından, kimi uzaqdan, kimi də sonradan qohum idi.
Məsələn, lap uzaq qohumu kiməsə anlatmaq üçün deyirdilər, "əşşi, körpü məsələsi". Bunulada, hər şey aydın olurdu.
Yəni, birinin sözü, o birinin boğazından keçirdi. Daha, hərə özü üçün ağa deyildi.
Sevdiyi qızı görmək üçün səhər məktəb yolunda gizlincə gözləyən oğlanlar vardı. Ona ülkər baxışlarla baxıb, yanağı allannan qızlar.
Kimisi cəsarət etməzdi sevgisini dilə gətirməyə. Kimisi də, dolayı yollarla məqsədini ağah edərdi. Hər şey mübhəm idi. Müqəddəs idi. Elə sevgilər də, sevənlər də.
Heç kim, yanlışlıq etməzdi. Çünki o dövrün öz şərtləri vardı. İndi, ötənləri yada salıb, rişxənd edərək, gülənlər də var. Amma elə, əsl sevgi də, etibar, vəfa da illərin o üzündə qaldı.
Ramidə Allahverdiyeva