Türkiyədə FETÖ və İŞİD-ə qarşı əməliyyatlarda 33 şübhəli saxlanılıb.
News365.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek FETÖ və İŞİD terror təşkilatlarına qarşı keçirilən dörd ayrı əməliyyat çərçivəsində saxlanılması barədə qərar verilən 35 şübhəlidən 33-nün tutulduğunu açıqlayıb.
Nazir terror təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.