OpenAI əməkdaşı Apple-a 100-dən çox gizli fayl göndərib

OpenAI əməkdaşı Apple-a 100-dən çox gizli fayl göndərib
14 Okt 2026 23:20

OpenAI şirkətindən ayrılaraq Apple-da işləməyə başlayan əməkdaşın şirkətin hələ təqdim edilməmiş məhsulu ilə bağlı 100-dən çox faylı şəxsi hesabına göndərdiyi iddia olunur.

News365.az xəbər verir ki, bu barədə OpenAI ilə Apple arasında davam edən məhkəmə işi üzrə təqdim edilən yeni sənəddə məlumat verilib.

Sənəddə iddia olunur ki, keçmiş OpenAI əməkdaşı daha sonra həmin təqdim edilməmiş məhsulla bağlı Apple-ın rəhbər şəxsləri üçün təqdimat da hazırlayıb.

Məlumat Reuters agentliyinin yaydığı xəbərə əsaslanır. Hadisə ilə bağlı iddialar OpenAI və Apple arasındakı məhkəmə çəkişməsi çərçivəsində gündəmə gəlib.


Sizin reklam burada
Sizin reklam burada