Almaniyanın Türingiya əyalətinin Droqnitz kəndində gecə çaxan güclü ildırım yanğına səbəb olub.
News365.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 18 nəfər xəsarət alıb, həmçinin üç yaşayış evi, ətrafdakı tikililər, fermalar və bir neçə anbar da külə dönüb.
Xəsarət alanların arasında 2 və 96 yaşlı şəxslər var.
Qeyd olunub ki, yanğının vurduğu ümumi ziyan təxminən 1 milyon avro (1 983 400 manat) təşkil edir.