Almaniya 2024-cü ildə Ukraynaya tədarüklərə görə rekord silah ixracına nail olub. Bu barədə “Praym” DPA agentliyinə istinadən məlumat yayıb.
"Federal hökumət keçən il 13,33 milyard avro dəyərində silah və hərbi texnika ixracını təsdiqlədi - bu, əvvəlkindən daha çox idi", - Almaniya İqtisadiyyat Nazirliyinin bundestaqın "Die Linke" partiyasından olan deputatı Sevim Dağdelenin sorğusuna cavabda qeyd edilib.
O da vurğulanıb ki, bu məbləğin yarısından çoxu – 8,15 milyard avro Ukraynaya göndərilib.
Yanvarda Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan etmişdi ki, ölkədə NATO missiyası çərçivəsində ümumi sayı 25 min əsgərdən ibarət daha beş briqada yerləşdirilə bilər. Bu qüvvələrin yerləşdirilməsi Almaniya büdcəsinə bir neçə milyard avroya başa gələcək və müdafiə xərclərini ÜDM-in 2%-dən 3%-ə qədər artıracaq.
Tural