Almaniya səfiri Gürcüstan Baş nazirinin bəyanatından narazıdır

Almaniya səfiri Gürcüstan Baş nazirinin bəyanatından narazıdır
19:30

Almaniya səfiri Peter Fişer Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin nasist Almaniyası ilə bağlı terminlərdən istifadəsindən narazılıq ifadə edib.


News365.az xəbər verir ki, diplomat “X” hesabında bunu mənəvi cəhətdən yanlış adlandırıb.


“Burada əvvəllər söylədiyimi təkrar edirəm: Almaniya nasist Almaniyası ilə bağlı tarixi, siyasi və mənəvi cəhətdən yanlış olan terminlərin və müqayisələrin istifadəsinə qarşıdır, çünki onlar qurbanların ləyaqətini alçaldır və yanlış təəssürat yaradır”, - Fişer yazıb.

Kobaxidze bu gün keçirdiyi brifinqdə bildirib ki, Avropa bürokratiyasından Gürcüstanla bağlı eşidilən yalanlar və bəyanatlar Gebbels təbliğatının davamıdır.


Sizin reklam burada
Sizin reklam burada