Alen Simonyan: “Seçkilərdə uduzsaq müxalifətə keçməyə hazırıq”

Alen Simonyan: “Seçkilərdə uduzsaq müxalifətə keçməyə hazırıq”
14:44

Ermənistan Parlamentinin sədri Alen Simonyan səsvermədən sonra ölkədə hər hansı postseçki gərginliyinin və ya kütləvi etirazların yaşanma ehtimalını qəti şəkildə rədd edib.

Müxalifətin seçkidən sonrakı mümkün "inkişaf ssenariləri" və etiraz çağırışlarını şərh edən spiker jurnalistlərə açıqlamasında bunun qeyri-mümkün olduğunu bildirib:
 

"Bunu tamamilə istisna edirəm, bu, qeyri-mümkündür. Əgər seçkilər azad, şəffaf və ədalətli keçirsə, kimin qalib gəlməsindən asılı olmayaraq, ölkədə heç bir (ictimai-siyasi) iğtişaş və ya qarşıdurma baş verə bilməz".


Bununla yanaşı, Simonyan hakimiyyətin yenidən seçilməyəcəyi təqdirdə siyasi komanda olaraq müxalifətə keçməyə hazır olduqlarını bəyan edib:

"Əlbəttə, hazırıq. Məgər biz əvvəllər müxalifətdə olmamışıq? Biz müxalifət yolunu keçmişik və bu status bizim üçün yad deyil".


Sizin reklam burada
Sizin reklam burada