AKP sözçüsü: İsrail millət vəkillərimizi dərhal azad etməlidir

AKP sözçüsü: İsrail millət vəkillərimizi dərhal azad etməlidir
21:15

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsraildə saxlanılan türkiyəli millət vəkillərinin dərhal azad edilməli olduğunu bildirib.

News365.az xəbər verir ki, Çelik Azadlıq Flotiliyası ilə Qəzzaya humanitar yardım aparan fəalların saxlanılmasına münasibət bildirərkən, bu hadisənin böyük haqsızlıq və hüquqdan kənar olduğunu deyib. 

“İsrail millət vəkillərimizi və vətəndaşlarımızı dərhal azad etməlidir. Fəallar Qəzzə xalqının mesajını bütün dünyaya çatdırırlar”, – deyə Ömər Çelik vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada