Aİ “Google”un axtarış məlumatlarına nəzarəti artırır

Aİ “Google”un axtarış məlumatlarına nəzarəti artırır
12:47

Avropa İttifaqı Komissiyası “Google”un axtarış sisteminə dair məlumatların üçüncü tərəflərlə paylaşılması ilə bağlı yeni təşəbbüs irəli sürüb.

News365.az-ın məlumatına görə, bu təşəbbüs Rəqəmsal Bazarlar Qanununun (DMA) tələblərinə əməl olunmasını təmin etmək məqsədi daşıyır.

Təklifə əsasən, şirkət axtarış nəticələrinin sıralanması, istifadəçi sorğuları və klik statistikası kimi məlumatları digər tərəflərlə bərabər və ayrı-seçkiliyə yol vermədən bölüşməlidir.

Bildirilib ki, Komissiya bu məsələ ilə bağlı yekun qərarını iyulun 27-dək açıqlayacaq. Qaydaların pozulması halında isə şirkəti ciddi maliyyə sanksiyaları gözləyir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada