Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır

Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
08 Mar 2026 22:19

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı quru əməliyyatı planlaşdırmır, lakin bu ehtimal da istisna edilmir.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt bunu "Fox News"a müsahibəsində bildirib.

"Bu, hazırkı planımızın bir hissəsi deyil. Lakin Prezident bütün variantları nəzərdən keçirir", - o deyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.


Sizin reklam burada
Sizin reklam burada