Ağ Ev Papanın ölümü ilə bağlı "X"də başsağlığı verdi

Ağ Ev Papanın ölümü ilə bağlı "X"də başsağlığı verdi
21 Apr 2025 13:48

Ağ Ev Papanın vəfatı ilə bağlı başsağlığı verib. Bununla bağlı mesaj "X" sosial şəbəkəsindəki rəsmi hesabda dərc olunub.


"Rahat yat, Papa Fransisk!" paylaşımda yazılıb.

Yazıya əlavə edilmiş iki fotoşəkil də var. Biri ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın Papa ilə görüşünü əks etdirir. İkinci fotoda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin pontifiklə görüşü əks olunub. Amerika vitse-prezidenti ölümündən əvvəl Papa ilə görüşən sonuncu xarici dövlət rəsmisi oldu. Görüş Vatikanla ABŞ prezidenti Donald Tramp administrasiyası arasında Amerika liderinin miqrantlara qarşı “repressiyaya” məruz qalması və beynəlxalq yardımın kəsilməsi ilə bağlı gərginlik fonunda keçirilib.

Papa Fransisk aprelin 21-də səhər saatlarında vəfat edib. Bu barədə kardinal Kevin Farrell məlumat yayıb. Katolik kilsəsinin nümayəndəsi əlavə edib ki, konklav (yeni Papanın seçilməsi prosesi - red.) yaxın 15-20 gün ərzində baş tutacaq.



Tural


Sizin reklam burada
Sizin reklam burada