Kardinal Kevin Farrell Papa Fransiskin ölümünü rəsmən təsdiqləyib. Bununla bağlı müvafiq müraciəti Sky News telekanalı yayıb.
“Əziz qardaş və bacılar, dərin kədər hissi ilə Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm. Bu gün səhər saat 07:35-də Roma yepiskopu Fransisk Ata özünün daimi "ev"inə qayıtdı”,- müraciətdə qeyd edilib.
Kardinalın sözlərinə görə, Papanın bütün həyatı Tanrıya və Kilsəyə xidmətə həsr olunub. O qeyd edib ki, pontifik insanlara İncilin dəyərləri ilə - sədaqət, cəsarət və məhəbbətlə yaşamağı öyrədib.
Farrel vurğulayıb ki, konklav (yeni Papanın seçilməsi prosesi - red.) pontifik vəfat etdiyi tarixdən sonra 15-20 gün ərzində baş tutacaq.
Tural