Bakı şəhərində Aeroport şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, "Mercedes" və "XPeng" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.