Adananın mərkəzi Seyhan rayonunda keçirilən əməliyyat və yoxlamalar zamanı 101 sənədsiz silah ələ keçirilib.
News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Seyhan İlçe Təhlükəsizlik Müdirliyi açıqlama yayıb.
Bildirilib ki, rayon daxilində aparılan əməliyyat və yoxlamalar çərçivəsində 37 sənədsiz ov tüfəngi, 9-u boş patron olmaqla 64 tapança və 2 789 narkotik həb və 2 ədəd dəqiq tərəzi aşkar edilib.
Əməliyyat nəticəsində 34 şübhəli şəxs saxlanılıb.