ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var

ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb: Ölənlər var
09:35

ABŞ qüvvələri İraqın qərbində baş verən qəza nəticəsində "KC-135" yanacaq dolduran təyyarəsini itirib.

News365.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşıb.

Bildirilib ki, hadisə "Epik qəzəb" əməliyyatı zamanı "dost hava məkanı"nda baş verib və hazırda xilasetmə işləri davam etdirilir.

Məlumata görə, insidentdə iki təyyarə iştirak edib. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə eniş edib.

Komandanlıq vurğulayıb ki, qəza nə düşmən, nə də dost atəşi nəticəsində baş verib.

"KC-135" təyyarəsinin 6 ekipaj üzvünün hamısının həlak olduğu bildirilir.


Sizin reklam burada
Sizin reklam burada