“ABŞ səfirlik xətti ilə həyata keçirilən maliyyələşməni də təftiş etməlidir” - VİDEO

“ABŞ səfirlik xətti ilə həyata keçirilən maliyyələşməni də təftiş etməlidir” - VİDEO
13:17

ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra indiyədək USAİD və digər strukturlar vasitəsilə müxtəlif ölkələrdə vətəndaş cəmiyyətlərinin, media strukturlarının maliyyələşdirilməsi, korrupsiya sxemləri, çirkli pulların yuyulması və ifşası casus şəbəkəsinin fəaliyyətindən əziyyət çəkən bir sıra ölkələrdə ümid yaradıb.

Belə ölkələrin sağlam düşüncəli kəsimi ümid edir ki, təxribat yuvalarının ifşası, fəaliyyətinə son verilməsi USAİD uzantılarının soxulduğu ölkələrdə dinclik yaradacaq.

News365.az xəbər verir ki, REAL TV-nin araşdırmasına görə, Tramp administrasiyasının ifşa siyasəti ABŞ-nin diplomatik nümayəndəliklərini də əhatə etməlidir.

i, ABŞ-nin Azərbaycandakı diplomatik nümayəndəliyi indiyədək ölkənin daxili işlərinə qarışıb, gizli yollarla radikal müxalifəti, ayrı-ayrı jurnalist, QHT-ləri və s. maliyyələşdirib. Ona görə də, ABŞ Administrasiyası səfirlik xətti ilə həyata keçirilən maliyyələşməni təftiş etməlidir.

Həmçinin iddia olunur ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi Bakıda yeni səfirlik binası tikmək adı ilə casusluq mərkəzləri əldə etmək üçün uzun illər canfəşanlıq edib. Videomaterialda bununla bağlı səfirliyin 1 milyard dollara yaxın investisiya qoymağa hazır olduğu iddiaları öz əksini tapıb. 

Daha ətraflı süjetdə:


Sizin reklam burada
Sizin reklam burada