ABŞ prezidentinin keçmiş müşavirindən Avropaya xəbərdarlıq

ABŞ prezidentinin keçmiş müşavirindən Avropaya xəbərdarlıq
09 Apr 2025 10:36

ABŞ Avropadakı vəziyyəti yaxından izləyir. Lakin rəsmi Vaşinqton NATO-nun Rusiyaya qarşı müharibəsini dəstəkləməyəcək. Bunu ABŞ prezidentinin keçmiş müşaviri Stiven Bennon GBNews-a müsahibəsində deyib.


O, Rusiya ilə döyüşmək istəyənlərə Stalinqrad və Kursku xatırladıb.


Bennon Ukraynaya 30 min Qərb əsgəri göndərmək ideyasını irəli sürən Böyük Britaniyanın baş naziri Kir Starmeri də tənqid edib. O belə hesab edir ki, bu yolla Starmer özünü “yeni Uinston Çörçill” kimi təqdim etmək istəyir. O, Avropa və Britaniyanı maliyyə problemlərinin həllinə diqqət yetirməyə çağırıb: "Əks halda siz əbədi borclu olacaqsınız”.


Tural


Sizin reklam burada
Sizin reklam burada