ABŞ Ordusu Hörmüz boğazından cəmi 11 mina tapıb

ABŞ Ordusu Hörmüz boğazından cəmi 11 mina tapıb
10:22

ABŞ-ın təşəbbüsü ilə Hörmüz boğazından keçən əsas marşrutdan 200-dən çox minaya bənzər obyekt çıxarılıb ki, bunlardan yalnız 11-i əslində mina olub.

Musavat.com xəbər verir ki, məlumatı Axios jurnalisti Barak Ravid adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yayıb: "Hörmüz boğazından keçən əsas marşrutdan 200-dən çox minaya bənzər obyekt çıxarılıb. Bunlardan yalnız 11-i mina olub və onlardan yalnız bir neçəsi düzgün yerləşdirilib".

Axios qeyd edir ki, mina təmizləmə üçün dronlardan istifadə olunur, Amerika xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti və özəl şirkətlər əməliyyatda iştirak edir.
Son aylarda ABŞ hökuməti müntəzəm olaraq boğaza faktiki nəzarət etdiyini, Tehran isə bunun belə olmadığını iddia edir.


Sizin reklam burada
Sizin reklam burada