ABŞ onları ölkədən deportasiya edəcək

ABŞ onları ölkədən deportasiya edəcək
11:20

Fələstinin HƏMAS hərəkatının ABŞ-də olan tərəfdarları ölkədən deportasiya ediləcək.

News365.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio “X” hesabında paylaşıb. 

“HƏMAS hərəkatının Amerikada olan tərəfdarlarını deportasiya edə bilmək üçün onların vizalarını və “Green card”larını ləğv edəcəyik”, - deyə Rubio qeyd edib. 

Dövlət katibi paylaşımına Nyu-Yorkda Kolumbiya universitetinin aspirantı, fələstinli tələbə Mahmud Xəlilin saxlanılma xəbərini də əlavə edib. O, martın 9-da ABŞ-nin Sərhəd Xidməti tərəfindən saxlanılıb.

Xatırladaq ki, 2024-cü ildə Fələstini dəstəkləyən tələbələr universitetin önündə çadırlar qurmuşdu. Mahmud Xəlil aksiya keçirən tələbələr adından universitetin administrasiyası ilə danışıqlar aparan əsas şəxslərdən biri olub.



Sizin reklam burada
Sizin reklam burada