ABŞ-nin maliyyə naziri Rusiya prezidenti Vladimir Putini müharibə cinayətkarı adlandırıb. Bu barədə Ukraynanın “The Kyiv Independent” nəşri yazıb.
Nəşr yazır ki, ABŞ-nin maliyyə naziri Skott Bessentə Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar hesab edib-etmədiyi barədə sual ünvanlanıb. Trampın komandasında kifayət qədər mühüm post tutan məmur “Bəli” cavabını verib.
Bəzi saytlar bunu ciddi ittiham kimi qəbul ediblər. Çünki son zamanlar Tramp Putin ilə münasibətləri sərinləşdirməyə çalışır. Belə bir fonda nazirin sərt fikri iki ölkə arasında gərginliyin qalmasından xəbər verir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı.
Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də, sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.
Tural