Alimlər Kaliforniyada həyatın dözə biləcəyi temperaturla bağlı təsəvvürləri dəyişdirə biləcək canlı aşkarlayıblar.
News365.az xəbər verir ki, “Incendiamoeba cascadensis” adlı yeni amöba Lassen Vulkanik Milli Parkındakı isti bulaqlarda tapılıb. Birhüceyrəli canlı 63 dərəcəyə qədər temperaturda bölünərək çoxala bilir, 64 dərəcədə aktivliyini qoruyur, hətta qısa müddət ərzində 70 dərəcə istiyə məruz qaldıqdan sonra da sağ qala bilir.
Alimlərin fikrincə, amöbanın yüksək temperaturdan qorunmasına onun formasını dəyişməsi və qoruyucu təbəqə yaratması kömək edir.
Kəşf mürəkkəb quruluşlu canlıların ekstremal şəraitdə yaşamaq imkanlarının əvvəllər düşünüldüyündən daha geniş ola biləcəyini göstərir.