ABŞ İranı niyə və nə zaman hədələyir?- Tural İrfan yazır
Aktual
11 Mar 2025 09:38
İranın ali dini liderinin keçən ilin 22 dekabrında Suriyalı gəncləri üsyan edib hazırki hökuməti devirmək çağırışı məhz Ramazan ayında reallaşdırıldı. Artıq İraq sərhəddindən İrana bağlı Həşd Şabi və Livandan Hizbullah qüvvələri, daxildən də Druzlar, Nüseyri Ələvilər Suriyanı yenidən qan çanağına döndərməyə cəhd edirlər.
İran haçan müsəlman qanı tökməyə fasilə verirsə ABŞ - ı dərhal onu hədələyir. Xatırladır ki, rejimin ayaqda qalması üçün durmaq olmaz. Hazırda İsrail və İran tam müttəfiq olaraq Türkiyə və Suriya əleyhinə savaşırlar.
İran bilir ki, İsrail və ABŞ - ın planlarına dəstək verməsə hədəf özü olacaq. Suriyada da sabitlik olsa İsrail planlarını həyata keçirə bilməyəcək. Ona görə qarışdırırlar ki, hakimiyyəti ələ keçirə bilməsələr belə ölkədəki xaosdan istifadə edən İsrail məqsədinə nail olsun.
Necə ki, İran - İraq savaşında İsrail İrana 3 milyard dollarlıq yardım, silah dəstəyi vermişdi, hətta mütəxəssislərini belə İrana yollamışdı. Şah rejiminin təhlükəsizlik qurumunun əvəzində yeni xüsusi xidmət orqanının yaradılmasında İsrailin təcrübəsindən İran böyük fayda götürmüşdü. Nəticədə 1 milyon 200 min müsəlman qanı töküldü. Əgər İran olmasa idi bu boyda qanı kim tökə bilərdi?
Hətta Səddam Hüseynin Fransanın dəstəyi ilə nüvə zənginləşdirdiyi obyektləri İsrail İranın xatirinə bombalamışdı.
Təbii ki, bu əvəzsiz deyildi. Bu gün İran rejimi əlindən gəldiyi qədər çalışır ki, axan müsəlman qanı əsla dayanmasın və İsrail məqsədinə natamam yox, kamil şəkildə çata bilsin. Çünki bu qan dayansa daha İrana ehtiyac qalmayacaq.
ABŞ - ı prezidentinin danışıqlara çağırmasını mənfi cavab verilməsi də görüntüdür.