Ermənistanın sabiq prezidenti Robert Köçəryana ölkəni tərk etməsinə icazə verilməyib.
News365.az xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin rəhbəri Baqrat Mikoyan "Beşinci Kanal"a müsahibəsində bildirib.
Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb. O, Zvartnos hava limanından geri qaytarılıb.