Qızlar Universitetinin tələbələrinə şad xəbər: Köçürülmə və təhsil haqqı təfərrüatları

Qızlar Universitetinin tələbələrinə şad xəbər: Köçürülmə və təhsil haqqı təfərrüatları
15:21

Fəaliyyəti dayandırılan Bakı Qızlar Universitetinin tələbələri və məzunları narahatlıq keçirməməlidir. Universitetin bağlanması nədiplomların etibarlılığına təsir edəcək, nə də hazırda təhsil alanların gələcəyinə engel olacaq.

Bu barədə təhsil eksperti Elçin Əfəndi News365.az-a açıqlamasında bildirib.

Ekspert vurğulayıb ki, ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi dövrdə verdiyi dövlət nümunəli diplomlar tam qüvvədə qalır. Bu səbəbdən məzunların işə qəbulu, xaricdə təhsili və ya digər rəsmi prosedurlarda hər hansı problemlə qarşılaşacağı gözlənilmir.

Hazırda universitetdə təhsil alan 2, 3 və 4-cü kurs tələbələrinin aqibətinə toxunan E.Əfəndi bildirib ki, onlar uyğun ixtisaslar üzrə digər ali məktəblərə yerləşdiriləcəklər:

"Tələbələr müvafiq qaydada əvvəlcə özəl, daha sonra isə dövlət universitetlərinə köçürüləcəklər. Burada logistika məsələsi də nəzərə alına bilər. Məsələn, rayon qeydiyyatında olan tələbəyə yaşadığı bölgədəki uyğun universitet və ya dövlət ali təhsil müəssisələri təklif oluna bilər."

Ekspertin fikrincə, prosesdə ən vacib məqamlardan biri təhsil haqqının sabit saxlanılmasıdır:

"Qızlar Universitetində ödənilən illik təhsil haqqı yeni köçürüldükləri universitetlərdə də qorunmalıdır. Əgər tələbə bura 1500 manat ödəyirdisə, köçürüldüyü ali məktəbdə ondan 3000–3500 manat tələb olunmamalıdır. Çünki universitetin bağlanması tələbənin günahı deyil."

E.Əfəndi əlavə edib ki, Bakı Qızlar Universitetinə 430-500 balla daxil olan tələbələr də var və onlar topladıqları bala uyğun olaraq daha nüfuzlu universitetlərə köçürülmək imkanı əldə edəcəklər.


Sizin reklam burada
Sizin reklam burada