Bakının Binəqədi rayonunda təkər tullantıları yığılmış sahədə yanğın baş verib.
News365.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.
FHN hadisə ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.