XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır

XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:40

“Biz ABŞ ilə siyasi dialoqu davam etdirməyə hazırıq və Vaşinqtondan da eyni yanaşmanı gözləyirik”.

News365.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində deyib.


O, ABŞ-ın yeni administrasiyasının Gürcüstana ədalətli yanaşacağını hesab etdiyini vurğulayıb.

"Demək olar ki, hər iki tərəf strateji tərəfdaşlığı təmiz səhifədən başlamalı olduğumuz fikrini bölüşür. Lakin biz inanırıq və ABŞ tərəfi ilə də bu fikri bölüşürük ki, strateji tərəfdaşlığımız konkret məzmunla yüklənməlidir. Bu məzmunun necə olacağı şübhəsiz ki, diplomatik işin və Amerika tərəfi ilə siyasi dialoqun mövzusudur", - XİN başçısı əlavə edib.

Qeyd edək ki, ABŞ Emi Diazı Gürcüstana yeni müvəqqəti işlər vəkili təyin edib. Maka Boçorişvili ilə diplomat arasında keçirilmiş tanışlıq görüşündə Gürcüstan-ABŞ münasibətləri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xatırladaq ki, ABŞ-ın əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı 2024-cü ilin noyabrın 30-da dayandırıb.


Sizin reklam burada
Sizin reklam burada