ABŞ Gürcüstanı NATO sammitinə dəvət etdi

ABŞ Gürcüstanı NATO sammitinə dəvət etdi
25 İyn 2024 00:25

“Vaşinqton Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak etməyə dəvət edib”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Bütün NATO tərəfdaşları tərəfdaşlar sammitində iştirak etməyə dəvət olunur. Onlar da”, – diplomat jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib.

Ceyms O`Brayenin sözlərinə görə, Amerika hakimiyyəti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “hazırda getdikcə çox az sayda liderdən qaynaqlanan qərarları və ritorikasından çox narahatdır”. O bildirib ki, Tbilisinin hərəkətləri ölkənin Aİ və NATO-ya üzv olmaq istəklərinə ziddir.

Qeyd edək ki, sammit iyulun 9-dan 11-dək baş tutacaq.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər