ABŞ-dan İrana qarşı sərt addım: 10 tanker vuruldu, 135 gəmi geri qaytarılıb

ABŞ-dan İrana qarşı sərt addım: 10 tanker vuruldu, 135 gəmi geri qaytarılıb
15:40

ABŞ İranın dəniz blokadasını yarmağa çalışan yük gəmisinə zərbə endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, oktyabrın 10-da Oman körfəzində Panama bayrağı altında üzən “Ocean Molica” adlı yük gəmisi ABŞ qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq blokadanı keçməyə cəhd edib. Buna cavab olaraq ABŞ hərbi təyyarəsi gəmiyə dəqiq idarə olunan silahla zərbə endirib və onun hərəkət sistemi sıradan çıxıb. CENTCOM ekipaj üzvlərinin xəsarət almadığını bildirib.

Komandanlığın açıqlamasına əsasən, ABŞ iyulun 14-də İran limanlarına daxil olan və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını bərpa edib. Son üç ay ərzində dörd kommersiya gəmisi hərəkətsiz vəziyyətə salınıb, daha 135 gəmi isə geri qaytarılıb.

CENTCOM həmçinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli gizli şəbəkəyə bağlı 10 tankerinin məhv edildiyini iddia edib.

ABŞ komandanlığı Oman körfəzi və Hörmüz boğazı yaxınlığında hərəkət edən dənizçiləri xəbərdarlıqlara əməl etməyə və ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamağa çağırıb.


Sizin reklam burada
Sizin reklam burada