"ABŞ bölgədə gərginlik yaradaraq Çini zəiflətməyə çalışır"- Vəli Əlibəyov

"ABŞ bölgədə gərginlik yaradaraq Çini zəiflətməyə çalışır"- Vəli Əlibəyov
09 May 2025 10:59

"ABŞ bölgədə gərginlik yaradaraq Çini zəiflətməyə çalışır"

Politoloq Vəli Əlibəyov bu sözləri News365.az-a açıqlamasında deyib.

" Ümumiyyətlə, həmin region olduqca mürəkkəb və həssas bir coğrafiyadır. Orada bir çox dövlətlərin maraqları kəsişir. Hətta bu iki toqquşan tərəfin müttəfiqlərinə nəzər yetirsək, görərik ki, digər platformalarda bir-birinə rəqib olan qüvvələr məhz bu bölgədə müəyyən məsələlərdə birləşərək ortaq fəaliyyət göstərirlər.

Digər bir mühüm məqam isə sizin də vurğuladığınız kimi, ABŞ-ın bu proseslərdəki roludur. Xüsusilə Donald Trampın siyasi xarakterini və onun istədiklərinə nail olmaq üçün heç bir addımdan çəkinmədiyini nəzərə alsaq, demək mümkündür ki, bölgədəki gərginliyin yaranmasında ABŞ-ın da dolayısı və ya bilavasitə təsiri olub. Məqsəd isə – sizin də qeyd etdiyiniz kimi – Çini zəiflətmək, bölgədə qeyri-sabitlik yaratmaq və bununla da Çinin iqtisadi ekspansiyasının qarşısını almaqdan ibarətdir."


Sizin reklam burada
Sizin reklam burada